“Sülh” Ermənistan üçün tanış olmayan məfhumdur.
“İki sahil” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin qonşu Azərbaycanla münasibətlərinin normallaşması məsələsinə toxunarkən deyib. O, həmçinin Bakı ilə sülhün bərqərar olması üçün səyləri davam etdirməyə çağırıb.
“Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir...” - deyə Nikol Paşinyan bildirib.
Qeyd edək ki, bir müddət öncə, Ermənistan hökumətinin başçısı məktəblilər və tələbələrlə söhbətində “əsl Ermənistan” ideologiyasını “böyük Ermənistan” ideologiyası ilə müqayisə edib və ölkənin iqtisadi inkişafı naminə ərazi iddialarından imtinanın zəruriliyindən danışıb.