27 oktyabr 2025 13:12
107

Litva Belarusla sərhədi bağlaya bilər

Litvanın Baş naziri İnqa Ruqinienė bildirib ki, ölkə hakimiyyəti Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması təklifini müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Biz artıq müəyyən istisnalarla Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması barədə qərar hazırlamışıq... Diplomatlar və diplomatik yüklər, eləcə də Belarusdan olan vətəndaşlarımız və Aİ vətəndaşları səyahət edə biləcəklər, lakin bütün digər nəqliyyat vasitələri üçün sərhəd bağlı olacaq", - deyə, o, bildirib.

Bundan əvvəl Litva prezidenti Gitanas Nausėda Kalininqrada tranzitin məhdudlaşdırılmasını təklif etmişdi.