27 oktyabr 2025 14:31
95

Pakistan və İran terrorla birgə mübarizə tədbirlərini müzakirə edəcək

Pakistan ilə İran arasında təhlükəsizlik və əməkdaşlığın inkişafı məsələləri ilə bağlı danışıqlar aparılacaq.

“İki sahil” xəbər verir ki, bunu Pakistanın Tehrandakı səfiri Məhəmməd Müdəssir Tipu bildirib.

Onun sözlərinə görə, Pakistanın daxili işlər naziri Möhsün Nakvi sabah İrana səfər etmək niyyətindədir.

Səfir qeyd edib ki, səfərdə məqsəd iki qonşu ölkə arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsidir. Həmçinin danışıqlar zamanı tərəflərin sərhəd təhlükəsizliyi məsələlərini, terrorla mübarizə üzrə birgə tədbirləri, eləcə də regional inkişaf perspektivlərini müzakirə edəcəyi gözlənilir.