Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və İordaniyaya səfir təyin edilib.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Prezident İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib