27 oktyabr 2025 21:05
114

Türkiyə və Böyük Britaniya "Eurofighter" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb

Türkiyə və Böyük Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Böyük Britaniyanin Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəd oktyabrın 27-də Türkiyə və Böyük Britaniya nümayəndə heyətləri arasında Ankarada baş tutan görüş zamanı imzalanıb:

"Bu addımı iki yaxın müttəfiq olaraq strateji münasibətlərimizdə yeni bir mərhələ kimi qiymətləndirirəm. İnanıram ki, Böyük Britaniya ilə bu əməkdaşlıq müdafiə sənayesində birgə layihələrə qapı açacaq".

Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 44 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsi alacaq.