28 oktyabr 2025 08:43
111

Sanae Takaiçi Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək

Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır.

“İki sahil”in Yaponiyanın "Nippon TV" telekanalına istinadən məlumatına görə, Takaiçi bu niyyətini Trampa 28 oktyabrda Tokioda keçiriləcək ilk görüşləri zamanı çatdırıb.

Qeyd olunub ki, Tramp daha əvvəl dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq olduğunu bəyan etmişdi. Lakin 10 oktyabrda Nobel Komitəsi 2025-ci il üçün mükafatın Venesuela parlamentinin müxalifətçi sabiq deputatı Mariya Korina Maçadoya verildiyini açıqlayıb. Bundan sonra Tramp zarafatla bildirib ki, gələn il Nobel Sülh Mükafatını almağa ümid edir.