28 oktyabr 2025 15:27
138

Sorğu: Britaniyada Leyboristlərin reytinqi rekord həddə düşüb

Böyük Britaniyada keçirilən yeni ictimai rəy sorğusu Leyboristlər Partiyasının dəstək səviyyəsinin rekord həddə - 17 faizədək enməsini göstərib.

“İki sahil” xəbər verir ki, The Times” qəzetinin sifarişi ilə “YouGov” tərəfindən aparılan sorğuya görə, bu göstərici Leyboristləri demək olar ki, Mühafizəkarlar, Yaşıllar və Liberal Demokratlarla eyni səviyyəyə gətirib.

Sorğunun nəticələrinə əsasən, Reform UK Partiyası 27 faiz səviyyəsində reytinqlə liderlik edir. Leyboristlər Partiyası və Mühafizəkarlar Partiyası hər biri 17 faiz səviyyəsində qərarlaşıb. Yaşıllar Partiyası isə 16 faiz dəstəklə tarixində ən yüksək göstəriciyə çatıb. Liberal Demokratlar Partiyası 15 faiz nəticə göstərib.

Analitiklərə görə, bu nəticələr Kir Starmer üçün ciddi siqnal hesab olunur. O, ötən həftə Uelsdə keçirilən aralıq seçkilərdə məğlubiyyətdən sonra partiyanın reytinqini yüksəltməkdə çətinliklərlə üzləşə bilər.