28 oktyabr 2025 19:12
116

NATO Baltik və Qara dənizlərdə kəşfiyyatı gücləndirib

Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin rəis müavini Konstantin Vorontsov bildirib ki, NATO Baltik və Qara dənizlərdə dəniz və hava sərhədləri yaxınlığında kəşfiyyatı gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Baltik ölkələri, Qara dəniz regionu və Polşada əsgər sayını və döyüş qabiliyyətlərini artırırlar. NATO gəmilərinin Qara dənizdə olma müddəti uzadılıb. Kəşfiyyat fəaliyyətləri gücləndirilib", - deyə, o, qeyd edib.