28 oktyabr 2025 20:47
114

İmamoğlu işində İsa Qəmbərin adı çəkildi

Türkiyədə barəsində “casusluq” ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb.

“İki sahil” xəbər verir ki, həmin hissədə deyilir:

Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib.

Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.

İsa Qəmbər məsələ ilə bağlı “Unikal”a açıqlama verib:

“Mənim haqda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə maliyyə dəstəyi göstərilməsi uydurmadır”.