Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilir.
“İki sahil” xəbər verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub.
Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər.
Prezident İlham Əliyev və Şahbaz Şərif Ramazan bayramı münasibətilə bir-birini təbrik edib
Vüqar Rəhimzadə: Dövlət qulluğunda yeni əməkhaqqı modeli dünya təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfərə gəlib