29 oktyabr 2025 11:43
117

Bakı ilə Sian şəhəri arasında birbaşa hava əlaqələrinin yaradılması müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyev Çinin Sian şəhərinin meri Ye Niupinqlə görüşüb.

“İki sahil” xəbər verir ki,  RİNN-dən bildirilib ki, görüş zamanı iki ölkə, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verilib.