29 oktyabr 2025 11:45
115

Si Cinpin və Tramp sabah Busan şəhərində görüşəcəklər

Çin lideri Si Cinpin 30 oktyabrda Busan şəhərində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında bildirilib ki, Si Cinpin Çin-ABŞ münasibətləri və hər iki tərəf üçün ortaq maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmaq üçün 30 oktyabrda Cənubi Koreyanın Busan şəhərində Trampla görüşəcək.

Daha əvvəl Tramp Çin lideri ilə görüşündən sonra razılaşma əldə etməyə ümid etdiyini bildirmişdi.