29 oktyabr 2025 12:48
95

Polşa ordusu Baltik dənizi üzərində Rusiya İl-20 təyyarəsini ələ keçirib?

Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Baltik dənizi üzərində Rusiya İl-20 kəşfiyyat təyyarəsini ələ keçirdiyi iddia edilir.

“İki sahil” xəbər verir ki, bu barədə iddia Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı tərəfindən irəli sürülüb.

Komandanlığın "X" sosial media hesabında bildirilir ki, əməliyyat 28 oktyabrda olub. Təyyarənin Polşa hava məkanını pozmadığı qeyd olunur.

Məlumatda qeyd edilir: "Polşa Hərbi Hava Qüvvələrinin iki MiQ-29 qırıcısı Rusiya təyyarəsini vizual olaraq müəyyən edib, ələ keçirib və məsuliyyət zonasından çıxana qədər müşayiət edib".