29 oktyabr 2025 14:30
102

NATO Avropadakı ABŞ qüvvələri ilə bağlı məsələyə münasibət bildirdi: Qeyri-adi hal deyil...

NATO Rumıniyadakı ABŞ qüvvələrinin azaldılmasını qeyri-adi hal hesab etmir.

“İki sahil” xəbər verir ki, "Reuters" bu barədə alyansın qərargahına istinadla məlumat yayıb.

NATO qərargahı qeyd edib ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğu əvvəlki bir çox illərlə müqayisədə daha əhəmiyyətli olaraq qalır.

Alyansın sözçüsü əlavə edib ki, ABŞ NATO-ya bəzi qüvvələrin Rumıniyadan çıxarılması barədə əvvəlcədən məlumat verib.

Bir müddət əvvəl Rumıniya Müdafiə Nazirliyi Vaşinqtonun Buxarestə NATO-nun şərq cinahında yerləşdirilən bəzi ABŞ qoşunlarının azaldılması barədə məlumat verdiyini bildirib.