29 oktyabr 2025 14:40
113

Rusiya neftini Hindistana daşıyan tanker Danimarka sahillərində dayanıb - "Bloomberg"

Rusiya neftini daşıyan və Hindistana gedən "Furia" tankeri Danimarka sahillərində yavaşlayıb.

“İki sahil” xəbər verir ki,  bu məlumatı "Bloomberg" yayıb. 

Agentliyin məlumatına görə, bu, ABŞ Maliyyə Nazirliyinin iki böyük Rusiya neft şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra baş verib.

Məlumatda qeyd edilir ki, "Furia" Danimarka və Almaniya arasındakı boğazda qərbə doğru hərəkət edərkən geri döndü və qısa bir məsafə qət etdikdən sonra qəfildən yavaşlayıb.

Bir müddət əvvəl agentlik Hindistanın ABŞ sanksiyalarından sonra Rusiya neftini almağa davam etmək istədiyini bildirmişdi.