Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında Düşənbədə keçirilən görüş konstruktiv şəkildə başa çatıb və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kremlin sözçüsü qeyd edib: “Biz iki lider arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə birlikdə yeni səhifə açmağımız baxımından çox vacib bir görüş idi”.
Peskovun sözlərinə görə, liderlər iqtisadi əməkdaşlıq, nəqliyyat və humanitar əlaqələr, həmçinin regional sabitlik daxil olmaqla məsələlərin geniş spektrini müzakirə ediblər.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib