Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Omanda Dövlət Şurasının sədri Şeyx Əbdülməlik əl-Xəlili ilə Masqat şəhərində görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan–Oman münasibətlərinin davamlı inkişafı vurğulanıb, iqtisadiyyat, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Tərəflər regionda logistika və tranzit əlaqələrinin möhkəmləndirilməsi baxımından nəqliyyat və əlaqəlilik təşəbbüslərinin əhəmiyyətini qeyd edib, siyasi məsləhətləşmələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın İƏT Zirvəsinə sədrliyi və 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi dialoqun, birliyin və dayanıqlı inkişafın təşviqi istiqamətində tərəfdaşlıq üçün yeni imkanlar açacaq.
Milli Məclisin sədri: Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Azərbaycanın yanında yer alır
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Bilal Ərdoğan: Qardaş Azərbaycanda Respublika Günümüzü qeyd etdiyim üçün çox xoşbəxtəm