29 oktyabr 2025 15:48
122

Türkiyədə çökən binanın dağıntıları altından bir azyaşlının cansız bədəni çıxarılıb

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda çökən yeddimərtəbəli binanın dağıntıları altından bir azyaşlının cansız bədəni çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş bildirib.

O, 375 nəfərdən ibarət qrupların axtarış-xilasetmə işlərini davam etdirdiyini, ehtiyat tədbiri olaraq ətrafdakı 9 binanın boşaldıldığını deyib.

Gebze Bələdiyyəsinin sədri Zinnur Böyükgöz isə açıqlamasında çökən binanın 2012-ci ildə tikinti, 2013-cü ildə isə istismar icazəsi aldığını qeyd edib.