29 oktyabr 2025 16:47
95

Rusiyada baş verən partlayışda ölənlərin sayı 23-ə çatıb

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisədə baş verən partlayışda ölənlərin sayı 23 nəfər olub.

“İki sahil” Rusiya KİV-inə xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat veriblər.

Məlumata görə, 16 meyit tapılıb, daha 7 nəfərin qalıqları identifikasiya edilməlidir.

Partlayışla bağlı Rusiya İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Regional hökumət partlayışın dron zərbəsindən qaynaqlandığına dair versiyanı istisna edib.