Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə birgə Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası yaradılır.
Bu barədə BDU Elmi Şurası qərar qəbul edib.
Laboratoriya Türkiyənin Koç Universiteti ilə də əməkdaşlıq edəcək.
Laboratoriyada müasir mikrobiologiya ilə farmakologiyanın kəsişməsində fundamental və tətbiq xarakterli tədqiqatlar aparılacaq. Müxtəlif sintetik və yarımsintetik birləşmələrin mikroorqanizmlərə, xüsusilə klinik və istinad (reference) bakterial ştammlara qarşı antimikrob təsirləri öyrəniləcək, bu birləşmələrin təsir mexanizmləri analiz ediləcək və yeni potensial antimikrob preparatların ilkin seleksiyası həyata keçiriləcək.
Eyni zamanda laboratoriya təhsil və tədqiqat prosesinin inteqrasiyasına, qrant layihələrinin icrasına və elmi nəticələrin kommersiyalaşdırılmasına xidmət edəcək.
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib