Rumıniyanın aparıcı xəbər agentlikləri, o cümlədən “Agerpres” milli xəbər agentlikləri, “G4Media” və “Gazeta de Cluj” xəbər portalları yazır ki, Rumıniya Senatının sədri Mirça Abrudean Azərbaycana rəsmi səfər edib.
“İki sahil”in məlumatına görə, bildirilir ki, səfər çərçivəsində o, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Rumıniya parlamentinin yuxarı palatasının rəhbəri qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır, həmçinin bu münasibətlər enerji, nəqliyyat və rəqəmsal transformasiya sahələrində konkret layihələrlə möhkəmlənir. M.Abrudean vurğulayıb ki, “Azərbaycan regionda sabitliyin və enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir, Rumıniya isə bu tərəfdaşlığa strateji dəyər verir”.
Rumıniya mətbuatı yazır ki, görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, təhsil, mədəniyyət və innovasiya sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər. Senat sədri, həmçinin xatırladıb ki, Rumıniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və bu münasibətlər qarşılıqlı hörmət və inam əsasında formalaşıb. O bildirib ki, Rumıniya Azərbaycana güvənir və bu dostluq gələcək illərdə də strateji tərəfdaşlıq ruhunda davam edəcək.
Rumıniya mediası M.Abrudeanın səfərini iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinə təsadüf edən və Avropa ilə Qafqaz regionu arasında siyasi və iqtisadi əməkdaşlığın yeni mərhələsini açan mühüm hadisə kimi dəyərləndirib.
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə
Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb
Asip Kaya: Türkiyə-Azərbaycan qardaşlığı bu gün bütün dünyaya gözəl bir nümunədir