29 oktyabr 2025 22:48
105

Asip Kaya: Türkiyə-Azərbaycan qardaşlığı bu gün bütün dünyaya gözəl bir nümunədir

Türkiyə-Azərbaycan qardaşlığı bu gün bütün dünyaya gözəl bir nümunədir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya "Report"un yerli bürosuna açıqlamasında bildirib.

"Hər iki xalq həmişə bir-birinin yanında olub. Zəlzələdən sonra ilk yardım əlini uzadan da Azərbaycan oldu. Kahramanmaraşda göstərilən həmrəylik bunun ən gözəl nümunəsidir. Hazırda rəsmi nümayəndəliklərlə birlikdə Naxçıvanın inkişafına töhfə verəcək layihələr həyata keçiririk. Yaxın günlərdə bu layihələrin yenilərini də birlikdə görəcəyik", - Baş konsul deyib.

O vurğulayıb ki, Naxçıvanda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümü böyük coşqu ilə qeyd olunub.

Asip Kaya bu əlamətdar günü Azərbaycanda, xüsusən də Naxçıvanda qeyd etməyin xüsusi qürur və sevinc hissi doğurduğunu söyləyib.