Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, Fayzali İdizodanı Nümayəndələr Palatasının sədri seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova, Tacikistanın bu beynəlxalq konfransda yüksək səviyyədə iştirakına görə təşəkkür edib.
Görüşdə xalqlarımızı ortaq mədəni və mənəvi dəyərlərin birləşdirdiyi qeyd olunaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Söhbət zamanı, Azərbaycan–Tacikistan arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunaraq, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçılarımızın xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, ölkə başçılarımızın dövlətlərimizin və xalqlarımızın rifahı naminə həyata keçirdikləri uğurlu siyasət, eləcə də xalqlarımızın tam dəstəyi nəticəsində Azərbaycan–Tacikistan əlaqələri bu gün uğurla inkişaf edir.
Tərəflər parlamentlərimiz arasında da əlaqələrin mövcud səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Görüşdə Fayzali İdizoda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbriklərini çatdırıb. Milli Məclisin sədri Sahibə Qafarova Vaşinqtonda aparılan danışıqların və ümumilikdə normallaşma prosesinin region üçün əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə
Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb
Asip Kaya: Türkiyə-Azərbaycan qardaşlığı bu gün bütün dünyaya gözəl bir nümunədir
Mirça Abrudean: Azərbaycan Rumıniyanın strateji tərəfdaşı və etibarlı dostudur