Oktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "İki sahil"ə verilən məlumata görə, nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı strateji müttəfiqlik səviyyəsində Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.
Görüşdə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin regional inkişaf, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur
TƏBİB: Gələn ilin sonuna regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq