Hüquq-müfahizə orqanları “Hurriyyet TV”-də əməliyyat keçirib.
“İki sahil” xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin “Hurriyyet TV”-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.
***
APA-nın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.
***
“Hürriyyət”in redaksiyasında əməliyyatın keçirildiyi təsdiqlənib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Lent.az-a bildirilib ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.
***
Bundan başqa, Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən “Futbol+” qəzetinin redaksiyasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli saxlanılıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB/FOTO