30 oktyabr 2025 18:02
117

Blekmen: Londonla Bakı müdafiə və kibertəhlükəsizlik sahələrində tərəfdaşlığı genişləndirəcə

Böyük Britaniyanın Azərbaycana silah tədarükünə tətbiq edilən embarqonu aradan qaldırması iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı üçün yeni imkanlar açır.

“İki sahil” xəbər verir ki, bu barədə müsahibəsində Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Blekmen bildirib.

O vurğulayıb ki, embarqonun ləğvi Böyük Britaniya və Azərbaycan münasibətlərində yeni bir səhifə açır: "Bu, Britaniya hökumətinin Azərbaycana regionda (Cənubi Qafqazda - red.) sabit və məsuliyyətli tərəfdaş kimi etimadını əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, təbii ki, məsuliyyətli şəkildə inkişaf edəcək. Kadrların hazırlanması, kibertəhlükəsizlik, sərhədlərin idarə edilməsi və terrorizmə qarşı mübarizəyə diqqət yetiriləcək. Bu, xüsusilə Azərbaycanın geosiyasi mövqeyini nəzərə alaraq vacibdir. Ölkə İran, Rusiya, Ermənistan və Gürcüstanla həmsərhəddir".

B.Blekmen bildirib ki, Azərbaycan regional sabitliyin qorunmasında, eləcə də Avropa ilə Asiyanı təhlükəsiz nəqliyyat və enerji dəhlizləri ilə birləşdirməkdə həlledici rol oynayır: "Böyük Britaniya müdafiənin modernləşdirilməsi, Xəzər dənizində dəniz təhlükəsizliyinin təmin edilməsi və azad edilmiş ərazilərdə humanitar minatəmizləmə səyləri sahəsində təcrübəsini bölüşməklə öz töhfəsini verə bilər. Bütün bunlar tərəfdaşlığın nəzərə çarpacaq qarşılıqlı fayda gətirə biləcəyi istiqamətlərdir".

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.