Fransa Prezidenti Emmanuel Makrona etimad reytinqi rekord səviyyəyə - 11 %-ə düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, E.Makronun reytinqi son ay ərzində 5 faiz bəndi azalıb.
Qəzet qeyd edib ki, eyni zamanda Baş nazir Sebastian Lekornyunun reytinqi bir ay ərzində 5 faiz bəndi artaraq 26 %-ə çatıb.
Bildirlib ki, sorğu 26-28 oktyabr tarixlərində, 1000 vətəndaş arasında keçirilib.
Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik