31 oktyabr 2025 08:42
111

Si Cinpin: Çin ASOR və bütün dünyanın inkişafı üçün imkanlar yaradacaq

Çin açıq siyasətə sadiq qalır və Asiya-Sakit okean regionunun (ASOR) eləcə də bütün dünyanın inkişafı üçün daim yeni imkanlar yaradacaq.

“İki sahil” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.

"Çin öz əsas dövlət siyasəti olan açıqlıq prinsipinə qəti şəkildə sadiqdir, real addımlarla açıq dünya iqtisadiyyatının inkişafına töhfə verir, islahatları dərinləşdirəcək, yüksək səviyyəli açıqlığı ardıcıl şəkildə genişləndirəcək, milli modernizasiya sahəsində əldə etdiyi yeni nailiyyətlər hesabına ASOR və bütün dünya üçün daim yeni əlverişli imkanlar yaradacaq", - deyə Çin lideri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ölkələrinin rəhbərlərinin 32-ci qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.