31 oktyabr 2025 10:17
120

Azərbaycan Basketbol Liqası: V turun daha iki oyunu baş tutacaq

Azərbaycan Basketbol Liqasında V turun növbəti matçları bu gün baş tutacaq.

“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.

A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edəcək. Meydan sahibləri 4 xalla beşinci, qonaqlar 5 xalla üçüncü pilədə qərarlaşıb.

B qrupunda mübarizə aparan "Sərhədçi" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 4 xalla altıncı, Bakı klubu isə 5 xalla beşincidir.

Hər iki görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76.