31 oktyabr 2025 10:59
109

Jan-Mişel Brun: Konqo coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə qitədə mühüm rol oynayır

Konqo Demokratik Respublikasının dirçəlişi bütün Afrika üçün oyanış və yeni dövrün simvolu olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brun oktyabrın 31-də Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Konqo coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə qitədə mühüm rol oynayır.

Y.Brun qeyd edib ki, ölkə məhz bu səbəbdən vaxtilə müstəmləkə hökmranlığı altına düşüb:

"Konqonun dirçəlişi sadəcə bir ölkənin bərpası deyil, bütün Afrikanın yenidən dirçəlməsinin simvoludur. Yeni nəsil ümid işığını yandırmağa hazırdır. Konqonun dirçəlişi torpağın oyanışı olacaq".