31 oktyabr 2025 13:35
125

Danimarka Qrenlandiyada Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşır

Danimarka hakimiyyəti Qrenlandiyada Rusiya ilə mümkün birbaşa silahlı toqquşmaya hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, 10 oktyabrda krallıq Arktika üçün ikinci hərbi tədbirlər paketini həyata keçirməyə başlayıb və bu paketə Qrenlandiyada dəniz müdafiəsi imkanlarının genişləndirilməsinə investisiyalar daxildir.

Bundan əlavə, agentlik qeyd edir ki, sentyabr ayında Danimarka Silahlı Qüvvələri Qrenlandiyada ən böyük hərbi təlimlərini keçirib.

Məqalədə qeyd olunur ki, əvvəlki təlimlər xilasetmə əməliyyatlarının təşkili və mülki tapşırıqların yerinə yetirilməsi məqsədi daşısa da, bu təlimlər müharibəyə hazırlıq məqsədi daşıyırdı.