31 oktyabr 2025 18:11
145

Qazaxıstan Konfrans Liqasının final oyunlarından birini qəbul edə bilər

Qazaxıstan 2028 və ya 2029-cu illərdə keçiriləcək UEFA Konfrans Liqasının final oyunlarından birinə ev sahibliyi etmək üçün UEFA-ya ərizə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, final matçlarından biri Qazaxıstana verilsə, həlledici görüş Almatı və ya Astanada yerləşən stadionda təşkil olunacaq.

Namizədlər arasında “Pyer-Morua” (Fransa, Lill şəhəri), “Puşkaş Arena” (Macarıstan, Budapeşt şəhəri), “Yuventus” stadionu ( İtaliya, Turin şəhəri), “Arena Qdansk” (Polşa, Qdansk şəhəri ) və Helsinki Olimpiya Stadionları (Finlandiya, Helsinki şəhəri) var.