31 oktyabr 2025 21:01
135

İranda illik inflyasiya 45 faizi keçib

Sentyabr ayında İranda illik inflyasiya 45,3 faizə çataraq 2023-cü ilin mayından bəri ən yüksək həddi göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rəsmi məlumatlara görə, avqustda 42,4 faiz olan illik inflyasiya sentyabrda 45,3 faizə yüksəlib, aylıq artım tempi isə 2,9 faizdən 3,8 faizə qalxıb. Ən çox bahalaşma ərzaq sektorunda müşahidə olunur və ərzaq məhsullarının qiymətləri illik 57,9 faiz artıb. Xüsusilə balıq, tərəvəz və paxlalıların qiyməti son illərin rekorduna çatıb.

Bundan başqa, hökumət iqtisadi kəsirləri kompensasiya etmək üçün aktiv şəkildə pul çap edir ki, bu da milli valyutanın sürətlə dəyərdən düşməsinə səbəb olur. Əhalinin əhəmiyyətli hissəsi artıq rialdan imtina edərək qızıl, dollar və avroya üstünlük verir.