01 noyabr 2025 09:18
127

Növbəti ASİƏT sammiti Çində keçiriləcək

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammiti Şençjendə keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Kyonqjuda keçirilən ASİƏT sammitində yekun nitqində bildirib.

"Çin 2026-cı ilin noyabr ayında keçiriləcək ASİƏT liderlərinin görüşünün məkanı olaraq Şençjen şəhərini seçib”, - deyə o bildirib. Si Cinpin Şençjen şəhərinin balıqçı kəndindən müasir, çiçəklənən bir şəhərə çevrilməsini Çin xalqının etdiyi möcüzə adlandırıb.

Çin sədrinin sözlərinə görə, Honkonq, Makao və Şençjen şəhərlərini əhatə edən bu region "qlobal iqtisadi artımın vacib mühərrikidir".