Tokio paytaxt prefekturası köhnəlmiş elektrik stansiyalarının tədricən istismardan çıxarılması səbəbindən 2026-cı ilin yayında elektrik enerjisi çatışmazlığı ilə üzləşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Nikkei" qəzeti hökumətin hesablamalarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, TEPCO şirkənin xidmət göstərdiyi regionda ehtiyat güc 2026-cı ilin iyul-sentyabr ayları arasında əhəmiyyətli dərəcədə azalacaq. Yaponiya standartlarına görə, sabit enerji təchizatı üçün elektrik təchizatı pik tələbatdan azı 3 % yüksək olmalıdır.
Lakin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hesablamalarına görə, bu rəqəm iyul ayında 2,4 % olacaq ki, bu da 2025-ci ilin göstəricisindən 3,4 faiz bəndi aşağıdır. Avqust ayında isə bu rəqəm 2025-ci il rəqəmindən 6,3 faiz bəndi aşağı olmaqla cəmi 0,9 % təşkil edəcək.
Artan kəsirin əsas səbəbi ümumi gücü 2,56 QVt olan köhnəlmiş istilik elektrik stansiyalarının tədricən istismardan çıxarılması və ya təmir edilməsidir. Bundan əlavə, bütün reaktorları fəaliyyətini dayandıran "Fukusima-1" qəzasından sonra TEPCO-nun xidmət ərazisindəki nüvə elektrik stansiyasında heç bir enerji bloku yenidən işə düşməyib.