01 noyabr 2025 16:49
131

Səudiyyə Ərəbistanı polisi külli miqdarda narkotik həb müsadirə edib

Səudiyyə Ərəbistanının Ciddə limanında 5 milyon 388 min 998 ədəd psixotrop təsirli kaptaqon həbinin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

“İki sahil” “əl-Arabiyyə” qəzetinə istinadla xəbər verir ki, psixotrop həblər Ciddə limanına gətirilən kömür kisələrinin içərisində gizlədilib. Keçirilmiş əməliyyat nəticəsində yükün alıcıları olan üç şəxs həbs edilib.