İranın Şiraz şəhərində maye qaz balonlarının doldurulması və satışı sexi yanıb.
“İki sahil”in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Şiraz Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Təşkilatı məlumat yayıb.
"Cavadiyyədə maye qaz balonlarının doldurulması və satışı üçün istifadə edilən 1000 kvadratmetrlik sexdə irimiqyaslı yanğın baş verib. Hadisə yerinə 11 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin çevik tədbirləri nəticəsində yanğın tez bir zamanda söndürülüb", - məlumatda deyilir.
İlkin məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.