Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən iki yüksək rütbəli zabit saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.
Bildirilib ki, FETÖ/PDY-nin üzvləri yunan adalarına qaçmaq istəyərkən Bodrum sahillərində saxlanılıblar.
Onlardan ikisi polkovnik, dördü baş leytenant, ikisi isə gizirdi. Eyni zamanda saxlanılardan biri qaçışı təşkil edən şəxsdir.