02 noyabr 2025 10:16
130

Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var

Türkiyənin Zonguldak vilayətinin Çaycuma rayonunda psixoloji problemləri səbəbilə polislikdən vaxtından əvvəl təqaüdə çıxarılan Okan Ö. (42 yaş), kənd kafesində ov tüfəngi ilə atəş açıb. 

“İki sahil” xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb. 

Hadisə nəticəsində Kasım Özcan (59 yaş) və Aydın Özbakış (37 yaş) həyatını itirib, 2 nəfər isə yaralanıb.

Hadisə gecə saatlarında Çaycuma rayonunu Coburlar kəndində baş verib. İddiaya görə, keçmiş polis əməkdaşı Okan Ö. kənd kafesinə gələrək ov tüfəngi ilə içəridə oturanlara təsadüfi şəkildə atəş açıb, və öz avtomobili ilə kənddən qaçıb.

5

Hadisə yerinə təcili tibbi yardım və jandarma qüvvələri cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Çaycuma Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Kasım Özcan və Aydın Özbakış xilas edilə bilməyib. Gökhan G. və Hüseyin G. isə xəstəxanada müalicə altına alınıb.

Qaçan şübhəli Okan Ö.-nü yaxalamaq üçün əməliyyat başladılıb, lakin o, özü Çaycuma Məhkəməsinə gedərək tanıdığı polis əməkdaşına təslim olub. 

Hadisə ilə bağlı jandarma tərəfindən istintaq başladılıb.