Meksikanın Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində öldürülüb.
“İki sahil” "El Pais" nəşrinə istinadən xəbər verir ki, silahlı hücum ittihamı ilə iki nəfər saxlanılıb, daha bir hücum edən şəxs isə öldürülüb.
Bildirilir ki, hücum şəhər meydanında baş verib. Qətl günü 40 yaşlı Manso Uruapanın ən vacib bayramlarından biri hesab edilən Şam festivalında çıxış edib.
Qısa müddət sonra azı beş dəfə atəş açılıb. O, aldığı yaralardan xəstəxanada ölüb.
Şəhər merinin Meksikanın ən yeni və ən sürətlə böyüyən cinayətkar qruplarından biri olan "Xalisko yeni nəsil" karteli (CJNG) ilə mübarizəyə xüsusi diqqət yetirdiyi vurğulanır.
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib