ABŞ Prezident Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərməyi planlaşdırmadığını bir daha təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti rusiyalı həmkarı Vladimir Putinin müharibəni bitirməyə hazır olmadığını göstərəcək son damlanın mövcud olmadığını deyib.
“Onlar döyüş aparırlar. Hər ikisi üçün çətindir. Bəzən döyüşün bitməsinə icazə vermək lazımdır”,- deyə Tramp əlavə edib.