03 noyabr 2025 08:28
120

ABŞ lideri: Venesuelaya nə edib, nə etməyəcəymi sizə demək fikrim yoxdur

“Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdə olduğu müddət sona yaxınlaşıb”.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp CBS telekanalında yayımlanan “60 Minutes” verilişinə müsahibəsində bildirib. O, Venesuelaya mümkün hücumlar barədə suala isə cavab verməkdən imtina edib.

“Bunun doğru və ya yalan olduğunu demirəm. Venesuelaya nə edib, nə etməyəcəymi sizə demək fikrim yoxdur”,- deyə Tramp əlavə edib.