03 noyabr 2025 08:34
120

KİV: Avropada günəş panelləri ciddi problemə çevrilib

Avropada günəş enerjisindən istifadənin sürətlə genişlənməsi illər öncə qurulmuş elektrik şəbəkələrini həddən artıq yükləyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Məlumata görə, Avropanın elektrik şəbəkəsi operatorları günəş enerjisinin təsirini balanslaşdırmaq üçün lazımi vasitələrin olmadığını deyirlər. Bu isə elektrik kəsintiləri kimi ciddi nəticələrə səbəb olur.

Nəşrin məlumatına görə, 2024-cü ildə Avropada elektrik verilişindəki problemlərlə bağlı 8 645 hadisə qeydə alınıb ki, bu da rekord göstəricidir.

Avropa Elektrik Ötürmə Sistemi Operatorları Şəbəkəsi (ENTSO) tərəfindən dərc edilən məlumatlara görə, bu, 2015-ci ildə 34 həyəcan siqnalının olduğu dövrdən 2 000% çoxdur.