Səyyar ASAN xidmət noyabrın 3-27-də regionlarda fəaliyyət göstərəcək.
Bu barədə“İki sahil”ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə Şirvanda, Samuxda, Şabranda, Astarada, Ağdamda, Ucarda, Qaxda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.