ABŞ administrasiyası Meksikada narkotik kartellərinə qarşı qoşun yeritmə ehtimalı ilə missiya planlaşdırmağa başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə NBC rəsmilərə istinadla məlumat yayıb.
"Tramp administrasiyası narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksikaya Amerika qoşunları və kəşfiyyat zabitləri göndərmək üçün yeni bir missiya üçün ətraflı planlaşdırmaya başlayıb", - deyə çəlmatda qeyd edilir.
Mənbələr iddia edir ki, Meksikada quru əməliyyatlarını əhatə edən potensial missiyaya hazırlığın ilkin mərhələləri artıq başlayıb.
Dövlət katibi Marko Rubio daha əvvəl Meksikaya səfəri zamanı mətbuat konfransında ABŞ-ın "narkoterrorçu" təşkilatlara qarşı müharibə aparmaq niyyətində olduğunu bildirmişdi.