03 noyabr 2025 16:54
147

Türkiyədə 4,9 maqnitudalı zəlzələ olub

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 11 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bir müddət öncə Balıkesir vilayətində 5 və 4,9 maqnitudalı zəlzələlər olub və bu günə qədər ərazidə yüzlərlə afterşok qeydə alınıb.