03 noyabr 2025 19:56
143

Türkiyə ordusunun istifadəsinə daha 250 "Altay" tankını verməyi planlaşdırırıq

Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 "Altay" tankının verilməsi nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, yerli döyüş tankının ilk partiyası Türkiyə orsunun istifadəsinə verilib: "Biz növbəti altı il ərzində daha 250 "Altay" tankının Silahlı Qüvvələrin inventarına daxil etməyi hədəf kimi qarşımıza qoymuşuq".

Ərdoğan həmçinin bildirib ki, Türkiyə avropalı müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirir: "Milli döyüş təyyarəmiz olan "KAAN"ı müəyyənləşdirdiyimiz tarixdə Hərbi Hava Qüvvələrimizin inventarına daxil olacaq".