03 noyabr 2025 20:13
120

Ermənistan parlamentinin sədri seçkilərdə namizədliyini açıqlayıb

Ermənistan parlamentinin sədri Alen Simonyan ("Vətəndaş Müqaviləsi" Partiyası) qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, o, 2026-cı il parlament seçkilərində partiyanın proporsional siyahısına daxil olmaq üçün namizədliyini açıqlayıb.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak etmək niyyətini açıqlamışdı.