ABŞ-də davam edən şatdaun ölkənin hava məkanının tamamilə bağlanmasına səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi CNBC telekanalına müsahibəsində bildirib.
O, bağlanmanın risk elementi daşıdığını və ABŞ səlahiyyətlilərinin lazım gələrsə uçuşları qadağan etməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölkənin təhlükəsizliyə təhdid yaranarsa, bütün hava məkanı bağlanacaq:
"İnsanların səyahət etməsinə icazə verməyəcəyik... Biz hələ orada deyilik, sadəcə olaraq əhəmiyyətli gecikmələr var".
Livan Səhiyyə Nazirliyi: Martın əvvəlindən İsrailin hücumları nəticəsində 2,6 mindən çox şəxs həlak olub
General Əsədi: Tehranda ABŞ tərəfindən hərbi əməliyyatların bərpası istisna edilmir
Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək