Romada qədim qüllənin dağıntıları altından çıxarılmış rumın fəhlə xəstəxanada vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ANSA agentliyi yayıb.
Materialda bildirilir ki, 66 yaşlı Oktay Stroyçinin vəziyyəti ağır olub. Onun xilas edilməsi əməliyyatı 11 saat davam edib. Əməliyyatda 140 yanğınsöndürən iştirak edib.
Agentliyin məlumatına görə, kişinin ürəyi təcili yardım maşınında dayanıb. Lakin həkimlər onu müvəqqəti olaraq həyata qaytara biliblər.
Xatırladaq ki, bir gün əvvəl Romanın tarixi mərkəzində, Larqo Korrado Riççi meydanında bərpa işləri aparılan qədim Torre-dei-Konti qülləsi qismən uçub.